Pakistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Gündəm / Dünya
6-12-2021, 17:08

Pakistanda hərbi helikopter qəzaya uğradı: Ölənlər var

 


Pakistanın yüksək dağlıq bölgəsi olan Siaçin bölgəsində hərbi helikopter qəzaya uğrayıb. 

Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi Siaçin bölgəsində orduya məxsus helikopterin qəzaya uğradığını açıqlayıb. Hadisə  nəticəsində helikopterdə olan 2 pilotun həlak olub. 

Açıqlamada həmçinin də, axtarış-xilasetmə qruplarının bölgədə  işlər  apardığını  qeyd edib.  

Bildirək ki, Siaçin buzlaqı Karakoram dağlarının şərqində Pakistan, Hindistan və Çin arasında yerləşir .

Bununla yanaşı, Siaçin 1984-2003-cü illərdə Pakistan və Hindistan arasında münaqişələrə səhnə olduğu üçün " dünyanın ən yüksək döyüş meydanı " adlanır.