"Əgər biz Hadrutu işğalçılardan azad etməsəydik..." - Dövlət başçısı

Gündəm / Siyasət
24-12-2021, 18:04
"Əgər biz Hadrutu işğalçılardan azad etməsəydik..." - Dövlət başçısı
Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.

Bunu Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.

Hadrut əməliyyatının əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib: "Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.