Prezident “Əmək pensiyaları haqqında” qanuna DƏYİŞİKLİK ETDİ

Gündəm / Siyasət
29-12-2021, 16:11
Prezident “Əmək pensiyaları haqqında” qanuna DƏYİŞİKLİK ETDİ
"Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilib.

 Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manata çatdırılır.

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manat idi.