Almatıda 20 nəfərdən ibarət silahlı dəstə saxlanılıb

Gündəm / Dünya
9-01-2022, 13:00
Almatıda 20 nəfərdən ibarət silahlı dəstə saxlanılıb
Qazaxıstanın Almatı şəhərində 20-dən çox silahlı şəxs saxlanılıb.

Xeberekspress.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Saxlanılan şəxslərdən 40-a yaxın silah-sursat götürülüb.

Müsadirə edilən silahlar sırasında 25 Makarov tapançası, 5 Kalaşnikov avtomatı, tüfəng və ov tüfənginin olduğu qeyd edilir. Həmçinin, onlardan müxtəlif çaplı 500 patron götürülüb.