"Qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparırıq" - Borrell

Gündəm / Dünya
7-02-2022, 07:56
"Qaz tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparırıq" - Borrell
"ABŞ artıq Avropaya ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüsüdür və biz yaxın aylarda qaz tədarükümüzün təhlükəsizliyini təmin etmək üçün əməkdaşlığımızı gücləndirəcəyik".

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

O qeyd edib ki, Avropa qaz tədarükü ilə bağlı Norveç, Qətər, Azərbaycan, Əlcəzair və digər ölkələrlə danışıqlar aparır.