Şagirdlərin telefonları yığılacaq? - Nazirdən AÇIQLAMA

Gündəm / Mədəniyyət
18-02-2022, 14:48
Şagirdlərin telefonları yığılacaq? - Nazirdən AÇIQLAMA
"Şagirdlərdən mobil telefonların yığılması daxili qaydalarla tənzimlənir".

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyob. Nazir bildirib ki, bunun mərkəzləşmiş bir qərarla tənzimlənməsini düzgün hesab etmir:

"Telefon müəyyən mənada şagirdə lazımdır, valideyni ilə əlaqə saxlayır. Hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Amma ayrı-ayrı məktəblərdə bu səlahiyyət var və icra edə bilirlərsə, mən bunu mümkün hesab edirəm".