Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib - XİN

Gündəm / Siyasət
20-02-2022, 15:00

Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib - XİN
Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tviter hesabında Almaniya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində qarşılıqlı faydalı əməkdaşlığımız dinamik inkişaf yolu keçib”.