"Qeyri-neft ixracımız 59% artıb" - Nazir

Gündəm / İqtisadiyyat
21-02-2022, 11:35
"Qeyri-neft ixracımız 59% artıb" - Nazir
Bu ilin yanvar ayında Azərbaycanın ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90,1%, qeyri-neft sektoru üzrə ixracı isə 59% çox olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinin davam etdirilməsi və yerli sahibkarların xarici bazarlara çıxış imkanlarının təşviq edilməsinin uğurlu nəticəsidir", - deyə nazir bildirib.