Azərbaycan deputatları İrəvandakı iclasda - YENİLƏNİB

Gündəm / Siyasət
22-02-2022, 11:23
Azərbaycan deputatları İrəvandakı iclasda - YENİLƏNİB
Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları başlayıb.

Xeberekspress.az xəbər verir ki, tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.

Qeyd edək ki, deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.