Ukrayna artilleriyası Rusiya hərbi kolonunu darmadağın etdi

Gündəm / Dünya
25-02-2022, 11:10
Ukrayna artilleriyası Rusiya hərbi kolonunu darmadağın etdi
Starobilsk yaxınlığında ukraynalı artilleriyaçılar ruslara itki veriblər.

Bu barədə Ukrayna müdafiə nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Starobilsk bölgəsində Ukrayna artilleriyası Aydar çayını keçməyə hazırlaşan Rusiya hərbi kolonunu darmadağın edib.

Qeyd olunub ki, ruslar Ukrayna sərhədini pozaraq arxadan daxil olaraq Ukrayna qoşunlarının müdafiə xəttini vurmağa və yarmağa cəhd göstərib. Nəticədə işğalçılar itki verərək geri çəkiliblər.