Neftin qiyməti 110 dolları ötdü

Gündəm / İqtisadiyyat
2-03-2022, 09:16
Neftin qiyməti 110 dolları ötdü
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 4,85% artaraq 1 barelə görə 110,06 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 4,9% artaraq 108,48 dollara çatıb.