Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirdi

Gündəm / Dünya
8-03-2022, 12:02
Türkiyə ordusu 12 terrorçunu zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı” ("Fərat Qalxanı”) əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, "Fırat kalkanı” əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.

2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.

Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib.

Hazırda bölgə türk hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır.