“Coca-Cola” Rusiyadakı fəaliyyətini dayandırdı
Gündəm / Dünya
9-03-2022, 08:53

"Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırdığını elan edib.
Xeberekspress.az xəbər verir ki, bununla bağlı bəyanat şirkətin saytında dərc olunub.
""Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını elan edir. Ürəyimiz Ukraynada baş verən faciəli hadisələrin inanılmaz nəticələrini yaşayan insanların yanındadır”, - deyə şirkət bildirib və əlavə edib ki, vəziyyət dəyişdikcə onlar monitorinq və qiymətləndirmələrini davam etdirəcəklər.