Türkiyə Bosfor boğazını bağladı
Gündəm / Dünya
10-03-2022, 12:02

Türkiyə əlverişsiz hava şəraiti ilə əlaqədar bütün gəmilər üçün Qara dənizdən Aralıq dənizini birləşdirən Bosfor boğazını bağlayıb.
Xeberekspress.az "Hurriyet"ə istinadən xəbər verir ki, ikitərəfli keçid müvəqqəti olaraq bağlanıb.
Martın 10-da səhər saatlarında yağan güclü qar səbəbindən Boğaziçi keçidinin bağlandığı da bildirilir.