Rusiya XİN Ukraynaya silah göndərən ölkələrə XƏBƏRDARLIQ ETDİ

Gündəm / Dünya
17-03-2022, 10:40
Rusiya XİN Ukraynaya silah göndərən ölkələrə XƏBƏRDARLIQ ETDİ

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin hazırkı mərhələsindən danışıb.

Xeberekspress.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə "Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırıb.

"Hazırda bizim müəyyən məsələlərlə bağlı ABŞ-la problemlərimiz var. Moskva Vaşinqtonla fəal danışıqlar aparmır”, - XİN rəsmisi deyib.

M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: "Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”.