İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Gündəm / Siyasət
2-04-2022, 13:41

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.