Ukraynanın işğal olunacağı göz qabağındadır - Oqneviç

Gündəm / Dünya
14-04-2022, 08:07
Ukraynanın işğal olunacağı göz qabağındadır - Oqneviç

Müxtəlif alayların döyüşçülərini tanıyıram. 2014-cü ildə hər şey başlayanda başa düşdüm ki, bununla bitməyəcək. Ukraynanın işğal ediləcəyi və genişmiqyaslı müharibənin olacağı göz qabağındadır.

Bunu ABŞ-da yaşayan ukraynalı müğənni Zlata Oqneviç bildirib.

"Bu, Rusiyanın taktikasıdır - Suriyada, Əfqanıstanda və sair ölkələrdə etdiyi kimi, kibrit çəkmək, sonra alışan alova odun atmaq...” - Oqneviç qeyd edib.