Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

Gündəm / İqtisadiyyat
29-04-2022, 10:45
Azərbaycan neftinin qiyməti 110 dolları ötdü

Dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 2,83 ABŞ dolları, yaxud 2,64% artıb.

 "Azeri Light” markalı neftin qiyməti 110,17 ABŞ dollarına çatıb.

Xatırladaq ki, "Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.