İşçi Qrupun növbəti iclasının vaxtı və yeri açıqlandı
Gündəm / Siyasət
10-05-2022, 11:15

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının vaxtı və yeri açıqlanıb.
Bu barədə xarici işlər nazirinin müavini, Azərbaycanın İşçi Qrupundakı səlahiyyətli nümayəndəsi Xələf Xələfov danışıb.
O qeyd edib ki, İşçi Qrupun növbəti toplantısı may ayı ərzində İranın paytaxtı Tehran şəhərində keçiriləcək.