Belarusun baş naziri Azərbaycana gələcək
Gündəm / Siyasət
16-05-2022, 12:30

Belarusun baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana işgüzar səfər edəcək.
Baş nazir ikigünlük səfəri çərçivəsində Gəncə Avtomobil Zavoduna, "Caspian Agro" və "Interfood" beynəlxalq sərgilərinə, eləcə də "İqlim" Elmi-İstehsalat Müəssisəsinə baş çəkəcək.
Bundan başqa, səfər zamanı Belarus və Azərbaycan işgüzar dairələrinin biznes görüşləri planlaşdırılır.