"Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir" - Nazir

Gündəm / İqtisadiyyat
25-05-2022, 14:03
"Neftin qiymətini heç kəs dəqiq proqnozlaşdıra bilmir" - Nazir

Dünya bazarında neftin qiymətini heç kim dəqiq proqnozlaşdıra bilmir.

Bunu maliyyə naziri Samir Şərifov "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən il qiymət bizim nəzərdə tutduğumuzdan yüksək olub: "Biz isə büdcədə aşağı qiymət götürməklə özümüzü sığortalaya bilmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək”.