Türkiyədə güclü meşə yanğını başladı

Gündəm / Dünya
13-07-2022, 18:34
Türkiyədə güclü meşə yanğını başladı

Türkiyənin Muğla vilayətinin Datça bölgəsində meşə yanğını başlayıb.

Xeberekspress.az Türkiyə  KİV-ə  istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün 400 yanğınsöndürən personal, 7 təyyarə, 14 helikopter və digər texnikalar cəlb olunub. 

Yanğının hazırda yaşayış yerlərinə doğru irəlilədiyi bildirilir.