Hərbçimiz Mingəçevir su anbarında boğuldu

Gündəm / Dünya
13-07-2022, 20:41
Hərbçimiz Mingəçevir su anbarında boğuldu

Azərbaycan Ordusunun çavuşu Mingəçevir su anbarında boğulub.

Xeberekspress.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bayramov Namizəd İsrail oğlu iyulun 13-də xidmət yerindən kənarda, Mingəçevir şəhəri yaxınlığındakı su anbarında çimərkən boğularaq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.