Rusiya XİN 39 Avstraliyalıya ölkəyə girişə qadağa qoydu

Gündəm / Dünya
21-07-2022, 21:35
Rusiya XİN 39 Avstraliyalıya ölkəyə girişə qadağa qoydu

Rusiya Xarici İşlər Nazirliyi 39 Avstraliya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Siyahı Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Rusiya XİN hüquq-mühafizə orqanlarının, sərhəd xidmətinin və Avstraliyanın müdafiə sektorunun podratçılarının 39 nümayəndəsinə qarşı şəxsi sanksiyalar elan edib.