Vilayət Eyvazovdan TƏYİNAT

Gündəm / Sosial
27-07-2022, 13:07
Vilayət Eyvazovdan TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə rəis vəzifəsinə təyin edilib. 

O bu təyinata qədər həmin bölmənin rəis müavini vəzifəsində çalışıb.