Prezident yeni səfirləri qəbul etdi - Yenilənib

Gündəm / Siyasət
18-08-2022, 11:30
Prezident yeni səfirləri qəbul etdi - Yenilənib

Avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.

***

Prezident İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.