Hərbçimiz VƏFAT ETDİ

Gündəm / Mədəniyyət
19-08-2022, 11:27
Hərbçimiz VƏFAT ETDİ

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edirmiş. O, bir neçə gün öncə məzuniyyətə çıxıb.