Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu
Gündəm / Dünya
26-08-2022, 15:36

Ukraynadakı müharibədə daha bir azərbaycanlı döyüşçü həlak olub.
Bu barədə Ukraynada yaşayan diaspor nümayəndəsi, jurnalist Anar Natiqoğlu məlumat paylaşıb.
O bildirib ki, soydaşımız Hüseynov Səid Vasif oğlu könüllü şəkildə savaşa qatılıb və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olub.