"Pakistan xalqı öz qardaşları ilə həmrəydir" - Şahbaz Şərif

Gündəm / Siyasət
16-09-2022, 09:39
"Pakistan xalqı öz qardaşları ilə həmrəydir" - Şahbaz Şərif

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində şəhid olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Bu barədə o, tviter hesabında yazıb:

"Hörmətli qardaşım İlham Əliyev, Ermənistanın əsassız hücumu nəticəsində 70-dən çox Azərbaycan hərbçisinin həlak olması xəbərini eşidəndə kədərləndik.

Pakistan xalqı öz qardaşları ilə həmrəydir və Azərbaycanın ərazi bütövlüyünü müdafiə etmək hüququnu dəstəkləyir”.