Parlament Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək

Gündəm / Siyasət
20-09-2022, 11:39
Parlament Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək

Milli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək.

Bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.