Ceyhun Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda
Gündəm / Siyasət
23-09-2022, 09:30

21 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat idarəsi məlumat yayıb.