Bakıda AĞIR QƏZA - Ölən var
Gündəm / Siyasət
21-11-2022, 11:23

Bakıda ölümlə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 20-də saat 5 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini X.Əsədli sərxoş vəziyyətdə idarə etdiyi "BMW” markalı avtomobili maneəyə vurub. Nəticədə sərnişini olan avtomobilin sahibi, paytaxt sakini Nurlan Mənsimli hadisə yerində ölüb.
