Bəxtiyar Hacıyevin ittiham edildiyi maddələr açıqlandı - Rəsmi

Gündəm / Siyasət
9-12-2022, 15:14
Bəxtiyar Hacıyevin ittiham edildiyi maddələr açıqlandı - Rəsmi

Bəxtiyar Hacıyevin saxlanılma səbəbi məlum olub.

DİN-in Mətbuat Xidmətindən Xeberekspress.az-ın sorğusuna cavab olaraq  bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün  məhkəməyə göndərilib.

Qeyd edək ki, B.QHacıyev bu gün Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb