Ukraynada helikopter qəzasında ölənlərin sayı artdı

Gündəm / Dünya
18-01-2023, 13:19
Ukraynada helikopter qəzasında ölənlərin sayı artdı

Brovaridə təyyarə qəzası nəticəsində üçü uşaq olmaqla 18 nəfər həlak olub.

Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.

"15-i uşaq olmaqla 29 yaralının olduğu məlumdur. Zərərçəkənlərə bütün lazımi yardımlar göstərilir. Bütün təcili yardım xidmətləri yerindədir", - deyə o, bildirib.