Zakir Həsənov Türkiyəyə gedir - Təlimləri izləyəcək

Gündəm / Siyasət
1-02-2023, 09:48
Zakir Həsənov Türkiyəyə gedir - Təlimləri izləyəcək

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə səfər edəcək.

Nazir türkiyəli həmkarı Hulusi Akarla birlikdə Qars əyalətində keçirilən "Qış-2023” hərbi təlimlərini izləyəcək.

Qeyd edək ki, yanvarın 18-dən başlayan "Qış-2023” hərbi təlimlərində Azərbaycan hərbçiləri də iştirak edir.  Fevralın 2-də təlimlər yekunlaşacaq.