Batumi sahillərində güclü PARTLAYIŞ

Gündəm / Dünya
13-02-2023, 22:15
Batumi sahillərində güclü PARTLAYIŞ

Gürcüstanın Batumi bölgəsində dəniz sahilində dəniz minası olduğu ehtimal edilən qurğu partlayıb.

Bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Hadisə qurudan təxminən 25 metr aralıda baş verib, partlayış səsi ətrafda eşidilib.

İlkin məlumata görə, hadisə nəticəsində tələfat və dağıntı olmayıb.