Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı
Gündəm / Siyasət
8-04-2023, 12:55

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri aprelin 8-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola salıblar.