Sahibə Qafarova Londonda Türkiyənin vitse-prezidenti ilə görüşüb

Gündəm / Siyasət
6-05-2023, 10:48
Sahibə Qafarova Londonda Türkiyənin vitse-prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniyanın paytaxtı Londonda Türkiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

Bu barədə "Anadolu” məlumat yayıb.
Qeyd edək ki, Londonda III Çarlzın tacqoyma mərasimi keçiriləcək. Sahibə Qafarova həmin mərasimdə iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.