Ruslar Xersona hücum etdi - Ölənlər var
Gündəm / Dünya
20-05-2023, 13:31

Rusiya Hərbi Hava Qüvvələri mayın 20-də səhər saatlarında Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrinə aviazərbələr endirib.
Xebereskpress.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Vilayətin Berislav rayonunun bombalanması nəticəsində 2 mülki şəxs ölüb, 1 nəfər yaralanıb. Həmçinin mülki infrastruktura ziyan dəyib.