"Azərbaycanla sülh sazişini qısa zamanda imzalamağa ümid edirik" - Paşinyan
Gündəm / Dünya
22-05-2023, 12:36

"Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır və biz mətnlə bağlı ən qısa zamanda razılığa gəlib imzalamağa ümid edirik".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sülhə nail olmaq üçün İrəvan və Bakı öz qoşunlarını sərhəddən eyni məsafədə geri çəkməlidir.