Gümrüdə polis idarəsinə qumbara atıldı - Xəsarət alanlar var

Gündəm / Dünya
23-05-2023, 09:02
Gümrüdə polis idarəsinə qumbara atıldı - Xəsarət alanlar var
Ermənistanda naməlum şəxs Gümrü Muş polis idarəsini partlatmağa cəhd edib.

Bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Bildirilir ki,  naməlum şəxs polis idarəsinə qumbara atıb.Qısa zamanda bina boşaldılıb, işçilər təxliyə edilib.

"Bəzi əməkdaşlar qəlpələrdən yüngül xəsarət alıb, qumbaranı partladan şəxs həbs edilib", - KİV-də qeyd olunub.