Zelenski də Ərdoğanı təbrik etdi

Gündəm / Dünya
29-05-2023, 09:17
Zelenski də Ərdoğanı təbrik etdi
Ukrayna Prezidenti Volodimir Zelenski prezident seçkilərində qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Zelenski bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Prezident Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edirəm. Ümidim torpaqlarımızın mənafeyi naminə, eləcə də Avropanın təhlükəsizliyi və sabitliyi naminə qarşılıqlı əməkdaşlığı gücləndirməkdir”, -deyə Zelenski vurğulayıb.