Kiyev atəşə tutuldu, ölənlər var - Yenilənib

Gündəm / Siyasət
1-06-2023, 08:44
Kiyev atəşə tutuldu, ölənlər var - Yenilənib

Kiyev və Ukraynanın bir neçə şəhərində hava hücumundan xəbərdarlıq elan olunub.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

O bildirib ki, şəhərdə ard-arda partlayışlar baş verib:

"Dağıntılarda bir nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

***
Kiyevin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb.

Kliçkonun sözlərinə görə, hadisədə üç nəfər ölüb, doqquz nəfər yaralanıb.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.