Türk lirəsini yandıran 3 əcnəbi ölkədən qovulur
Gündəm / Dünya
5-06-2023, 17:27

İstanbulun Kağıthane bölgəsində ad günü qeyd edən 20 nəfərlik qrup 100 Türk lirəsini yandırıb.
Xeberekspress.az xarici KİV-ə istinadla xəbər verir ki, polis sözügedən restorana basqın edərək 3 nəfəri saxlayıb. Nevaf H., Hüseyin S. və Muhammet M. ifadələri alındıqdan sərbəst buraxılıblar.
Onların Türkiyədən deportasiyası üçün prosesə başlanıb.