Türkiyəli deputat oğlu ilə avtomobil qəzasına düşdü
Gündəm / Dünya
9-06-2023, 09:16

Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Bahadır Yenişehirlioğlu avtomobil qəzasına düşüb.
Xeberekspress.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində o və oğlu yaralanıb.
Bildirilib ki, onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, son parlament seçkilərində B. Yenişehirlioğlu Manisa şəhərindən millət vəkili seçilib.