Prezident Ankarada imzalanmış sazişi təsdiqlədi
Gündəm / Siyasət
14-06-2023, 14:40

"Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş təsdiq edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qeyd edək ki, sənəd 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.