Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş "Qaliblər"
Gündəm / Siyasət
22-06-2023, 23:00
İyunun 20-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Fenomen akademiya təqdimatında və jurnalist Lalə Qəzənfərin idea müəllifi olduğu "Qaliblər" adli tədbir keçirilib. Tədbirin əsas məqsədi Qalib ölkəmizin hər bir azyaşli körpələrini, əsasən də Şəhid və Qazi ailələrinin övladlari qalib olaraq elan edərək mükafata layiq görülmələri idi.
Tədbirdə Azərbaycanın siyasi-ictimai, dövlət və incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, həmçinin bir çox ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəmanların və Türkiyədə baş verən zəlzələ qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılışına Türkiyəli aktyor Turqay Tanulkü və taninmiş Azərbaycanlı ifaçı Aydın Sani ilə birgə ərsəyə gətirdikləri "Heydər Əliyev 100" adlı əsərin ifas ilə start verildi.
Tədbirin təşkilatçıları Fenomen Akademiya və Lalə Qəzənfər, Milli Məclisin deputatları Aydın Hüseynov, Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, MMA Federasiyasının prezidenti, Olimpiya çempionu Azad Əsgərov, ‘’Peşakar döyüşçü’’
MMA Üzrə Dünya və (2) Avropa 3-cüsü Imran Abbasquliyev, teatr və kino rejissoru Samir Qulamov, Azərbaycan-Ukrayna beynəlxalq alyansının sədri Elmar Məmmədov,
Ukrayna Mərkəzinin direktoru, Klassen Oleksandr,
Ukrayna Azərbaycanlilari Radasının Gənclər üzrə koordinatoru Möminə Xatun Səttarova və başqaları çıxış edərək, dünyasəviyyəli siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyət olduğunu bildirib, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu diqqətə çatdırıblar.
Ulu Öndərin 100 illik yubileyinin ərazi bütövlüyü bərpa olunmuş, qalib ölkə kimi qeyd edilməsindən qürur duyduqlarını bildirən natiqlər qalib Ordunun qurucusunun da məhz Heydər Əliyev olduğunu bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin ordu quruculuğu, eləcə də digər sahələrin inkişafına yönələn fəaliyyəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun yüksək olması nəticəsində 30 illik işğala 44 gündə son qoyulduğu diqqətə çatdırılıb. Qəhrəman Vətən oğullarının şərəfli döyüş yolunun təbliğ olunmasının, gələcək nəsillərin onları örnək götürərək böyüməsinin vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Vətən müharibəsi qaziləri Zakir İmanov, Rəşad Novruzov, Vidadi Əliyev, Məbud Əhmədov dövlətimizin daim şəhid ailələri və qazilərə diqqət və qayğı göstərdiyini, ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüldüyünü, qədirbilən xalqımızın əbədiyyətə ucalan qəhrəmanları və onların yadigarlarını unutmadığını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə ifaçilar tərəfindən; Xalq artistləri Cavan Zeynallı və Könül Xasıyeva,Əməkdar artist Sevinc Sarıyeva, Sevda əli qizi, Naira Seyidova, Vaqo&Nesrin) mahnılar səsləndirilib, şəhid və qazi övladlarının, Ukraynadan gələn azərbaycanlı ailələrin uşaqlarının çıxışlarına yer verilib, o cümlədən Vətən müharibəsinə, Türkiyədəki zəlzələ zamanı baş verən hadisələrə həsr edilmiş videoçarx nümayii və [22.06, 03:28] LALE: Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş "Qaliblər"
İyunun 20-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş jurnalist Lalə Qəzənfərin idea müəllifi olduğu "Qaliblər" adli tədbiri keçirilib. Tədbirin əsas məqsədi Qalib ölkəmizin hər bir azyaşli körpələrini, əsasən də Şəhid və Qazi ailələrinin övladlari qalib olaraq elan edərək mükafata layiq görülmələri idi.
Tədbirdə Azərbaycanın siyasi-ictimai, dövlət və incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, həmçinin bir çox ölkələrin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəmanların və Türkiyədə baş verən zəlzələ qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılışına Türkiyəli aktyor Turqay Tanulkü və taninmiş Azərbaycanlı ifaçı Aydın Sani ilə birgə ərsəyə gətirdikləri "Heydər Əliyev 100" adlı əsərin ifas ilə start verildi.
Tədbirin təşkilatçıları Fenomen Akademiya və Lalə Qəzənfər, Milli Məclisin deputatları Aydın Hüseynov, Vüqar İskəndərov, Milli Olimpiya Komitəsinin üzvü, Dövlət Sərhəd Xidmətinin polkovniki Firdovsi Umudov, MMA Federasiyasının prezidenti, Olimpiya çempionu Azad Əsgərov, ‘’Peşakar döyüşçü’’
MMA Üzrə Dünya və (2) Avropa 3-cüsü Imran Abbasquliyev, teatr və kino rejissoru Samir Qulamov, Azərbaycan-Ukrayna beynəlxalq alyansının sədri Elmar Məmmədov,
Ukrayna Mərkəzinin direktoru, Klassen Oleksandr,
Ukrayna Azərbaycanlilari Radasının Gənclər üzrə koordinatoru Möminə Xatun Səttarova, IFK Kyokuşinkay təşkilatının rəhbəri Dünya Kubokunun qalibi Elşad Əkiyev və başqaları çıxış edərək, dünyasəviyyəli siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyət olduğunu bildirib, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu diqqətə çatdırıblar.
Ulu Öndərin 100 illik yubileyinin ərazi bütövlüyü bərpa olunmuş, qalib ölkə kimi qeyd edilməsindən qürur duyduqlarını bildirən natiqlər qalib Ordunun qurucusunun da məhz Heydər Əliyev olduğunu bildiriblər. Vurğulanıb ki, Ulu Öndərin ordu quruculuğu, eləcə də digər sahələrin inkişafına yönələn fəaliyyəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun yüksək olması nəticəsində 30 illik işğala 44 gündə son qoyulduğu diqqətə çatdırılıb. Qəhrəman Vətən oğullarının şərəfli döyüş yolunun təbliğ olunmasının, gələcək nəsillərin onları örnək götürərək böyüməsinin vacibliyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Vətən müharibəsi qaziləri Zakir İmanov, Rəşad Novruzov, Vidadi Əliyev, Məbud Əhmədov dövlətimizin daim şəhid ailələri və qazilərə diqqət və qayğı göstərdiyini, ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görüldüyünü, qədirbilən xalqımızın əbədiyyətə ucalan qəhrəmanları və onların yadigarlarını unutmadığını bildiriblər.
Tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə ifaçilar tərəfindən; Xalq artistləri Cavan Zeynallı və Könül Xasıyeva,Əməkdar artist Sevinc Sarıyeva, Sevda Əli qizi, Naira Seyidova(Türkiyə), Əminə Cəfərova(Ukrayna) Vaqo&Nesrinin mahnılar səsləndirilib, Şəhid və qazi övladlarının, Ukraynadan gələn azərbaycanlı ailələrin uşaqlarının çıxışlarına da yer verilib, o cümlədən Vətən müharibəsinə, Türkiyədəki zəlzələ zamanı baş verən hadisələrə həsr edilmiş videoçarx nümayişi və Akademik Musiqili Teatrin balet artistləri Kamran Həsənov və
Röya Mehralızadənin ifasinda "Xarı
BülBül" rəqsi möhtəşəm şəkildə tədbir iştirakçılarına təqdim olundu.
Mərasimin sonunda Şəhid, qazi və həmçinin müharibə şəraitindən - Ukraynadan Azərbaycana gəlmiş və Dövlət Başcimiz Prezident Ilham Əliyevin diqqət və qayğı göstərərək xüsusi göstərişi ilə ölkəmizdə sülh və firavan həyatla təmin olunmuş körpələrə də tədbir təşkilatçıları tərəfindən Sədərək Ticarət mərkəzində yerləşən "Mayak Hədiyyələr" və Bijuteriya Dünyasi mağazalarindan "Xarı BülBül" və taclardan ibarət hədiyyələrlə mükafatlandırildilar.
Media nümayəndələrindən Ekspress az. rəhbəri Ruhiyyə Eldar qizi, Trend az. jurnalist Vüqar Imanov, Big az. Emil Əkbərov, AzərTac Dövlət Informasiya Agentliyindən isə Göyçək Mahmudluya xüsusi təşəkkürlər olundu.
Qeyd edək ki, jurnalist, teleredaktor Lalə Qəzənfərin ideyası olan "Qaliblər" uşaqların dilindən qalib ölkənin qalibləriyik mənasını ifadə edir. Lalə Qəzənfərin sözlərinə görə "QALIBLƏR" layihəsi bu cür xüsusi qayğıya ehtiyaci olan uşaqlarla silsilə şəklində mütəmadi olaraq davam edəcək.




