Bu ölkə ruslara bütün növ vizaların verilməsini dayandırdı
Gündəm / Dünya
24-06-2023, 17:42

Latviya hakimiyyəti ruslara bütün növ vizaların verilməsini dayandırır.
Bu barədə Baltik Respublikasının prezidenti Edqars Rinkeviç bildirib.
"Rusiyadakı hadisələrlə əlaqədar Latviya humanitar və ya digər növ vizalar verməyəcək. Rusiya vətəndaşları üçün 2022-ci ilin sentyabrında tətbiq edilən sərhədi keçmək məhdudiyyətləri dəyişməyəcək", - deyə prezident "Twitter" hesabında yazıb.