"Vaqner"in tankları Rostovda yolları zədələyib

Gündəm / Dünya
25-06-2023, 12:38
"Vaqner"in tankları Rostovda yolları zədələyib

""Vaqner" texnikaları Rostov-na-Donu şəhərində 10 min kvadratmetr yollara ziyan vurub".

Bu  barədə  şəhər meri Aleksey Loqvinenko məlumat yayıb. 

Onun sözlərinə görə, yollar iki günə təmir olunacaq.  

 Qeyd edək ki,  ötən gün "Vaqner PMC” şirkətinin yaradıcısı Yevgeni Priqojinin Rostov-na-Donudakı Cənub Hərbi Dairəsinin binasını tərk edib.