İcra Hakimiyyətinin əməkdaşı faciəli şəkildə ÖLDÜ

Gündəm / Hadisə
8-07-2023, 16:20
İcra Hakimiyyətinin əməkdaşı faciəli şəkildə ÖLDÜ
Ucar Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı Ramin İsmayılovu paytaxt ərazisində maşın vurub.

"Unikal"ın əldə etdiyi məlumata görə, RİH-nin Hüquq Şöbəsinin məsləhətçisi olan R.İsmayılov 7 gün komada qalıb və bu gün dünyasını dəyişib.

Qeyd edək ki, o ailəli idi və bir qız övladı var.